Amerika Aeronavtika və Kosmik Agentliyi (NASA)-nın Ay missiyası çərçivəsində yeni nəsil "Vulcan" raketinin buraxılması üçün hazırlıqlar tamamlanıb.
525.az xəbər verir ki, yeni nəsil raket Floridadakı Cape Canaveral kosmodromundan buraxılıb. "United Launch Alliance"a məxsus "Vulcan" raketinin buraxılması kosmos tarixində mühüm mərhələdir.
Bu uçuş ABŞ-nin 50 ildən sonra Aya qayıtması baxımından böyük əhəmiyyət kəsb edir.
Qeyd edək ki, əməliyyat uğurlu olarsa, bu, "Apollon" proqramının 1972-ci ildəki son missiyasından sonra ABŞ-nin Aya ilk yumşaq enişi və eyni zamanda özəl bir ABŞ şirkətinin Aya ilk ekspedisiyası olacaq.
Məhəmməd Tağıyev