|
|
|
|

Perm vilayətində baş verən ağır yol qəzasında iki Azərbaycan vətəndaşı dünyasını dəyişib.
APA-nın məlumatına görə, qəza “Mersedes” markalı avtomobilin idarəetməni itirərək qarşı tərəfdən gələn “VAZ-2109” və “ZİL” markalı maşınların yoluna çıxması nəticəsində baş verib. Maşınların toqquşması nəticəsində iki nəfər ölüb, dörd nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Kunqur şəhər xəstəxanasına yerləşdirilib. Qəza nəticəsində dünyasını dəyişən azərbaycanlıların adları açıqlanmasa da, onların 63 yaşlı kişi və 64 yaşlı qadın olduğu bildirilir.



