|
|
|
|
Rusiyaya bağlı Tıva Respublikasında istilik elektrik stansiyasında baş vermiş partlayış nəticəsində 6-ı ağır olmaqla 23 nəfər xəsarət alıb.
525.az xəbər verir ki, yerli vaxtla saat 08:49-da Tıva Respublikasının Şaqonar şəhərində yerləşən istilik elektrik stansiyasının qazanxanasında güclü partlayış baş verib.
Partlayış nəticəsində qazanxananın yerləşdiyi binada yanğın baş verib və tüstünün göyə qalxdığı görünüb. Partlayışdan sonra hadisə yerinə Rusiya Fövqəladə Hallar Nazirliyinin xilasetmə və yanğınsöndürmə qrupları göndərilib.
Qeyd edək ki, Rusiya Səhiyyə Nazirliyindən verilən açıqlamada müalicə altında olan 6 işçinin vəziyyətinin ağır olduğu bildirilib.
Məhəmməd Tağıyev