|
|
|
|

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər bildirib ki, Ankara ölkənin sərhədləri yaxınlığında antiterror əməliyyatı keçirmək üçün icazə istəməyəcək.
525.az xəbər verir ki, onun sözlərindən “Hürriyyət” qəzeti sitat gətirib.
Gülər Türkiyənin sərhədləri yaxınlığında əməliyyat keçirmək üçün icazə istəmədiklərini bildirib. O, vurğulayıb ki, ölkənin təhlükəsizliyindən söhbət gedəndə Ankara heç kimlə və heç nə ilə razılaşmır.
“Heç kim unutmamalıdır ki, Türkiyə Cümhuriyyəti böyük dövlətdir. Biz heç kimin əmrinə tabe olmamışıq və olmayacağıq”, - deyə o əlavə edib.
Qeyd edək ki, bundan əvvəl Türkiyənin İraqda böyük hərbi əməliyyat keçirməyi planlaşdırdığı bildirilirdi.
Havar Şəfiyeva



