Rusiya Müdafiə Nazirliyi Ukraynanın 15 pilotsuz uçuş aparatı (PUA) ilə Rusiya ərazisinə hücum cəhdinin qarşısının alındığını açıqlayıb.
525.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada Ukraynanın Rusiya ərazisindəki məntəqələrə PUA ilə hücuma cəhd etdiyi bildirilib.
Açıqlamada Belqorod vilayətində 12, Bryansk vilayətində isə 3 PUA-nın Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyi bildirilib.
Malik Atilay