|
|
|
|
Rusiya Dövlət Nüvə Enerjisi Korporasiyası Zaporojya Atom Elektrik Stansiyasına pilotsuz uçuş aparatları ilə edilən hücumlar nəticəsində 3 nəfərin yaralandığını açıqlayıb.
525.az xarici mediaya əsasən xəbər verir ki, Rusiya Dövlət Nüvə Enerjisi Korporasiyası (Rosatom) tərəfindən edilən yazılı açıqlamada səhər saatlarında Zaporojya Atom Elektrik Stansiyasına PUA hücumlarının "görünməmiş" intensivliyi ilə həyata keçirildiyi bildirilib.
Açıqlamada, gün ərzində davam edən hücumlar nəticəsində 3 nəfərin yaralandığı, elektrik stansiyasının müxtəlif hissələrinin zədələndiyi bildirilib.
Malik Atilay