https://525.az/img/pics/medium/2024-04/311927_k2pxz2t746.jpg Gərəkli adam
https://525.az/img/pics/medium/2023-12/296612_wcds461sdv.jpg Bölgələrdə kitab sərgiləri
https://525.az/img/pics/medium/2024-02/303490_m1kzpm480b.jpg COP29 Azərbaycan və region üçün geniş inkişaf imkanları açır
https://525.az/img/pics/medium/2024-04/311925_35ktlm9pvq.jpg Ekoloji təhlükəsizlik: yeni çağırışlar və problemlər
search
30 Aprel 2024

Rəşad Sadıqovdan “Neftçi” xəbərlərinə münasibət

Rəşad Sadıqovdan “Neftçi” xəbərlərinə münasibət

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov adının “Neftçi” ilə hallanmasına münasibət bildirib.

525.az QOL.az-a istinadən xəbər verir ki, o, Misli Premyer Liqasının 30-cu turunda “Sumqayıt”a qarşı keçirilən oyundan (0:0) sonra keçirilən mətbuat konfransında bununla bağlı bildirib: 

“Hər bir məşqçi istər ki, “Neftçi”də, “Qarabağ”da, millidə çalışsın. “Neftçi” təbii ki, mənə əzizdir. İlk addımları orda atmışam, tanınmışam. Daha sonra karyeramın parlaq hissəsi “Qarabağ”da keçib. Eləcə də 17 il millidə oynamışam. Hər üçü mənim üçün doğmadır. Sabah “Neftçi”də də məşqçi ola bilərəm, “Qarabağ”da da. Ola bilər ki, ümumiyyətlə bu klubların heç birində işləməyim. İstəyim ölkə xaricində məşqçi kimi çalışmaqdır. Gücümü daha güclü çempionatlarda sınamaq istərdim. “Neftçi”dən mənə heç bir təklif gəlməyib, aramızda hər hansı danışıq olmayıb. Bütün fikrim hazırda “Zirə”dir. Həm də indi belə periodda dəvət də gəlməz. “Neftçi”nin də hazırda baş məşqçisi var, ona uğurlar arzu edirəm. Məşqçi fəaliyyəti bir qədər fərqlidir. Futbolçu kimi tanınmış klublarda oynamağı çox tez istəyirdim. Amma indi elə deyil. İlk növbədə düşünməlisən ki, bacararam, bacarmaram, komandaya xeyir verə bilərəmmi. Xeyir verməyəndən sonra işləmərəm”. 

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.