ABŞ-ın keçmiş prezidenti Bill Klinton ilk dəfə baba olub.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, eks-rezidentin yeganə qızı 34 yaşlı Çelsi Klinton bu barədə öz Twitter səhifəsində məlumat yayıb:
“Mən və Mark sevinc içindəyik və qızımız Şarlotta Klinton Mezvinskinin dünyaya gəlməsini bayram edirik”.
Çelsi Klinton 2010-cu il iylun 31-də yəhudi əsilli bankir Mark Mezvinski ilə ailə həyatı qurub.