Helikopter qəzasında həlak olan İran prezidenti İbrahim Rəisinin yerinə müvəqqəti prezident təyin edilən Birinci vitse-prezident Məhəmməd Muhbir prezident seçkilərinin tarixini iyunun 28-i elan edib.
525.az xəbər verir ki, İranın rəsmi agentliyi İRNA-nın xəbərinə görə, müvəqqəti prezident Məhəmməd Muhbir parlamentin sədri Məhəmməd Baqir Qalibaf və Ədliyyə Başçısı Qulamhüseyn Muhsin Ejei ilə prezident seçkilərinin vaxtının müəyyən edilməsi ilə bağlı görüş keçirib.
İclasın yekununda verilən bəyanata görə, prezident seçkiləri iyunun 28-də keçiriləcək.
Prezident seçkilərində namizəd olmaq istəyənlər mayın 30-dan iyunun 3-dək lazımi ərizələrini verməlidirlər.
Qeyd edək ki, iyunun 12-dən iyunun 27-si səhərədək seçkilərin təbliği tədbirləri də aparılacaq.
Malik Atilay