ABŞ-nin müdafiə naziri Lloyd Ostin ölkəsinin Ukraynaya ehtiyacı olan dəstəyi verməyə davam edəcəyini bəyan edib.
525.az xarici mediaya istinadən xəbər verir ki, Ostin, əksəriyyəti Avropadan olan 50-yə yaxın ölkənin daxil olduğu Ukrayna Müdafiə Əlaqələri Qrupunun 22-ci video konfransında çıxış edib.
Rusiyanın Ukraynada artan hərbi əməliyyatları səbəbiylə: "Çətinlik anında görüşürük", - deyən Ostin: "Ukraynaya ehtiyacı olan dəstəyi verməyə davam edəcəyik. ABŞ üzərinə düşəni etməkdə qərarlıdır", - deyə əlavə edib.
"İndi Ukraynaya göndərdiyimiz təhlükəsizlik yardımı bu mübarizədə əsl fərq yaradacaq", - müdafiə naziri vurğulayıb.
Ukrayna Müdafiə Əlaqələri Qrupunun 2022-ci ilin fevralından bu yana Ukraynaya 95 milyard dollardan çox hərbi yardım göstərdiyini qeyd edən Ostin, Ukraynanın təhlükəsizliyinin Avropa və qlobal təhlükəsizliyin, eləcə də ABŞ-nin təhlükəsizliyinin mərkəzində olduğunu iddia edib.
Qeyd edək ki, Ukraynaya verilən 95 milyard dollardan çox hərbi yardımın təxminən 50,6 milyard dollarını təkcə ABŞ öz üzərinə götürüb.
Malik Atilay