Nigeriya ordusu ölkənin şimal-şərqindəki Borno əyalətində terror təşkilatı "Boko Haram" tərəfindən 10 il əvvəl girov götürülən 387 nəfərin xilas edildiyini bildirib.
525.az xarici mediaya əsasən xəbər verir ki, Borno əyalətindəki "Səhra Sağlamlığı 111" əməliyyatının komandanı Haruna Diva verdiyi açıqlamada, ordunun "Boko Haram" terrorçularının gizləndiyi Sambisa meşəsində əməliyyat keçirdiyini bildirib.
Diva qeyd edib ki, 10 ildir terrorçular tərəfindən nəzarətdə saxlanılan əksəriyyəti uşaq və qadınlardan ibarət 387 nəfər xilas edilib.
Nigeriya ordusunun ölkədə təhlükəsizliyi təmin etməkdə qərarlı olduğunu ifadə edən Diva: "Bizim səyimiz Sambisadakı terror qalıqlarını təmizləmək və istəyənlərə təslim olmaq fürsəti verməkdir. Bu əməliyyatla onların əksəriyyətinin təslim olacağını təxmin edirik", - deyib.
Qeyd edək ki, 2000-ci illərin əvvəllərindən Nigeriyada 2009-cu ildən mövcud olan "Boko Haram"ın təşkil etdiyi kütləvi zorakılıqlarda on minlərlə insan həyatını itirib. Təşkilat 2015-ci ildən ölkənin sərhəd qonşuları Kamerun, Çad və Nigerdə də hücumlar həyata keçirir.
Malik Atilay