Slovakiyanın Baş naziri Robert Fikoya qarşı sui-qəsdin arxasında anqlosakslar dayanır.
525.az xəbər verir ki, bu barədə “Rossiyskaya qazeta”ya Bosniya və Herseqovina Parlament Assambleyasının deputatı Sanya Vuliç bildirib.
O xatırladıb ki, ABŞ və Böyük Britaniya itaətsiz dövlətlərə qarşı güc tətbiq etməyə üstünlük verir: “Fikonun əmrlərini yerinə yetirməkdən imtina etdiyini güman edə bilərik. Anqlo-saksonlar onu xəbərdar etmək istəyiblər".
Xatırladaq ki, jurnalist Timur Şafir bir müddət əvvəl Robert Fikoya sui-qəsdin beynəlxalq siyasətdə mürəkkəb oyunun kiçik bir hissəsi olduğunu bildirmişdi. Onun fikrincə, slovak siyasətçinin seçdiyi kurs ölkənin suverenliyini qorumaq məqsədi daşıdığından Brüssel və Londonda narazılıq yaradıb.
Havar Şəfiyeva