Britaniyanın Baş naziri Rişi Sunak Beynəlxalq Cinayət Məhkəməsini İsrailin Baş naziri Benyamin Netanyahunun həbsinə order verilməsini tələb etdiyinə görə tənqid edib və İsraili Fələstinin radikal HƏMAS hərəkatı ilə eyniləşdirməməyə çağırıb.
525.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
“Qanuni özünümüdafiə hüququndan istifadə edən demokratik dövlətlə HƏMAS terror qruplaşması arasında mənəvi bərabərlik yoxdur. Bu iki fərqli varlığı qarışdırmaq və eyniləşdirmək yanlışdır”, - deyə Sunak bildirib.
Havar Şəfiyeva