Rusiyanın Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov oğlu Axmat Kadırovu regionun fiziki tərbiyə və idman naziri təyin edib.
525.az “Report”-a istinadən xəbər verir ki, bu barədə regionun rəhbəri teleqramda bildirib.
“Axmat Kadırov ÇR-nin fiziki tərbiyə və idman naziri vəzifəsinə təyin edilib. Daha öncə bu vəzifəni tutmuş İsa İbrahimov Çeçenistan Respublikasının başçısı və hökuməti administrasiyası rəhbərinin müavini vəzifəsinə keçirilib”, – Ramzan Kadırov yazıb.
Xatırladaq ki, ilin əvvəlində Ramzan Kadırovun qızı Xədicat region başçısı və hökuməti administrasiyası rəhbərinin birinci müavini vəzifəsinə təyin edilmişdi. Eyni zamanda, apreldə siyasətçinin digər qızı Təbarik Kadırova “Çeçenistan Respublikası qarşısında xidmətlərə görə” medalı ilə təltif edilmişdi.
Bundan başqa, ötən il Kadırov hələ 16 yaşı olan oğluna yüksək vəzifə vermişdi.