|
|
|
|
Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan parlamentinin spikeri Alen Simonyanın erməni kilsəsindən vergi alınması ilə bağlı fikirlərinə münasibət bildirib.
525.az APA-ya istinadən xəbər verir ki, Zaxarova bununla bağlı öz Telegram səhifəsində paylaşım edib.
O, Simonyanın çıxışını Ukraynanın eks-prezidenti Petro Poroşenkonun Rus Pravoslav Kilsəsinə tabe olan Ukrayna Pravoslav Kilsəsinə tam qadağa qoyulması barədəki təklifi ilə müqayisə edib.
“Niyə qərblilər tərəfindən bəslənməyə başlayanlar sözün əsl mənasında şeytanlaşırlar?”, - Zaxarova bildirib.