İtaliyanın müdafiə naziri Qido Krosetto Ali Müdafiə Şurasının iclası zamanı pisləşdiyi üçün təcili yardım maşını ilə xəstəxanaya aparılıb.
525.az xəbər verir ki, Prezident Sercio Mattarellanın sədrliyi ilə ölkəyə qarşı daxili və xarici təhlükəsizlik təhdidlərinin və beynəlxalq hadisələrin qiymətləndirildiyi Ali Müdafiə Şurasının iclasında müdafiə naziri Qido Krosettonun halının pisləşdiyi bildirilib.
Krosettonun özünü yaxşı hiss etmədiyi üçün görüşü yarımçıq dayandırdığı və təcili yardımla xəstəxanaya aparıldığı vurğulanıb.
Qeyd edək ki, siyasətçilər sosial media hesablarında Krosettoya tezliklə sağalmasını arzulayan yazılar paylaşıb.
Məhəmməd Tağıyev