|
|
|
|
ABŞ Prezidenti Co Bayden administrasiyası yay mövsümündə qiymətləri endirmək üçün şimal-şərqdəki ehtiyatlardan 1 milyon barrel benzini satışa çıxaracaq.
525.az xəbər verir ki, ABŞ Energetika Nazirliyindən verilən açıqlamada Neft Ehtiyatları Ofisinin Sendy qasırğasından sonra yaradılan Şimal-Şərqi Benzin Təchizatı Ehtiyatında 1 milyon barrel (42 milyon qallon) benzinin satışı üçün müraciət etdiyi bildirilib.
ABŞ-nin energetika naziri Cennifer Qranholm məsələni dəyərləndirərkən, Bayden administrasiyasının xüsusilə yay mövsümündə sürücülərin yola çıxması səbəbindən benzin qiymətlərinin aşağı salınmasına diqqət yetirdiyini bildirib.
Məhəmməd Tağıyev