Slovakiyanın Baş naziri Robert Fikonun həyatına sui-qəsd terror hücumu kimi qiymətləndirilə bilər.
525.az TASS-a istinadən xəbər verir ki, bu açıqlama ilə Slovakiyanın Baş prokuroru Maros Zilinka çıxış edib.
“İctimaiyyət bu cinayətin niyə terror aktı kimi təsnif edilmədiyini soruşur”, - deyən Baş prokuror qeyd edib ki, o, sübutlara əsaslanaraq belə təsnifatı istisna etmir.
Xatırladaq ki, mayın 15-də Baş nazir Fiko Gandlova şəhərində hökumətin geri çəkildiyi yerdə açılan atəş nəticəsində yaralanıb. Hücum edən şəxs ona bir neçə dəfə atəş açıb, bundan sonra siyasətçi xəstəxanaya yerləşdirilib.
Havar Şəfiyeva