|
|
|
|
Mart ayında ABŞ prezidentliyi yarışında Respublikaçılar Partiyasının yarışından geri çəkilən Nikki Heyli noyabrın 5-də keçiriləcək prezident seçkilərində Donald Trampa səs verəcəyini açıqlayıb.
525.az xəbər verir ki, ABŞ-nin BMT-dəki keçmiş daimi nümayəndəsi və mart ayına qədər Trampın ən güclü rəqibi olan Heyli Hudson İnstitutunda iştirak etdiyi paneldə seçki prosesini dəyərləndirib.
Heyli: "Tramp bəzi siyasətlərində mükəmməl deyil, mən bunu dəfələrlə demişəm. Ancaq Bayden bir fəlakətdir. Ona görə də mən Trampa səs verəcəm", - deyə bildirib.
Məhəmməd Tağıyev