|
|
|
|
Rusiya Müdafiə Nazirliyi Donetsk vilayətindəki Klaşçeyevka qəsəbəsinin Rusiya ordusunun nəzarətinə keçdiyini bildirib.
525.az xarici mediaya istinadən xəbər verir ki, nazirlikdən verilən açıqlamada Rusiya hərbi birləşmələrinin Rusiya-Ukrayna müharibəsindəki fəaliyyətləri barədə məlumat verilib.
Rusiya ordusunun Ukraynada döyüşlərini davam etdirdiyi bildirilən bəyanatda: “Cənub Hərbi Qrupunun bölmələri aktiv hərəkətlər nəticəsində Donetsk Xalq Respublikasının Klaşçeyevka (Klişeyevka) qəsəbəsini azad edib”, - deyilib.
Açıqlamada Ukrayna ordusuna aid 2 sursat anbarının məhv edildiyi, 34 pilotsuz uçuş aparatının (PUA) Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğu paylaşılıb.
Malik Atilay