|
|
|
|
Fransanın şimalındakı Pa-de-Kale departamentində futbol meydanına ildırım düşməsi nəticəsində bir nəfər ölüb, iki nəfər isə yaralanıb.
525.az xəbər verir ki, Pa-de-Kale departamentinin Lens şəhəri yaxınlığında, Courrieres bölgəsində bir futbol meydanına ildırım düşüb. Qubernatorluqdan verilən açıqlamaya görə, hadisə təxminən 30 nəfərlik futbol komandasının "Qabriel Peri" stadionunda məşq etdiyi zaman baş verib.
Qeyd edək ki, ildırım vurması nəticəsində 1 nəfər ölüb, 1 nəfər ağır olmaqla 2 nəfər isə yaralanıb.
Məhəmməd Tağıyev