|
|
|
|
Vyetnamın paytaxtı Hanoyda 5 mərtəbəli binada baş verən yanğın nəticəsində 14 nəfər ölüb, 3 nəfər yaralanıb.
525.az "Vietnam News"a istinadən xəbər verir ki, binanın yerləşdiyi küçənin darlığı səbəbindən yanğınsöndürmə qruplarının vaxtında müdaxilə edə bilmədiyi yanğında 14 nəfər həyatını itirib.
Yanğınsöndürmə briqadaları binada olan 3 nəfərin yaralandığını, birinci mərtəbədəki 4 nəfərin isə pəncərədən atılaraq xilas olduğunu bildirib.
Səlahiyyətlilər xəstəxanada müalicə olunan üç nəfərdən birinin səhhətinin ağır olduğunu qeyd edib.
Yanğınla bağlı araşdırma başlayıb.
Malik Atilay