|
|
|
|
Sakit okeanın cənubunda yerləşən Papua Yeni Qvineyada baş verən sürüşmə nəticəsində 100-dən çox adamın öldüyü açıqlanıb.
525.az xəbər verir ki, Avstraliyanın ictimai yayımı ABC-nin məlumatına görə, gecə saatlarında paytaxt Port Moresbidən 600 kilometr şimal-qərbdə yerləşən Enqa əyalətinin Kaokalam kəndində torpaq sürüşməsi baş verib.
Şahidlər torpağın altında 100-dən çox insanın öldüyünü bildirsələr də, itkilər hələ rəsmi orqanlar tərəfindən təsdiqlənməyib.
Sosial şəbəkələrdə yayılan videolarda dağın zirvəsindən qopan qaya kütləsinin yamacdakı torpağı kənddəki evlərin üzərinə qalaqladığı görülüb.
Malik Atilay