|
|
|
|
ABŞ mayın 24-də Ukraynaya 275 milyon dollarlıq əlavə hərbi yardım elan edib.
525.az xəbər verir ki, Kiyev üçün yeni yardım paketi barədə Amerika rəsmilərinə istinadən "Associated Press" məlumat yayıb.
İki ABŞ rəsmisinin sözlərinə görə, hərbi yardım paketinə "HIMARS" artilleriya raket sistemləri, həmçinin 155 və 105 mm-lik artilleriya mərmiləri daxildir.
Havar Şəfiyeva