Azərbaycan Endokrinoloqlar Cəmiyyəti (AEC) mayın 24-dən 26-dək Bakıda 1-ci Milli Endokrinologiya Konfransını keçirib. TƏBİB-in, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Səhiyyə Nazirliyinin və Respublika Endokrinoloji Mərkəzinin dəstəyilə gerçəkləşdirilən konfrans Dünya Qalxanabənzər Vəzi Gününə həsr edilib. AEC-in sədri, doktor Xəyyam Eyvazovun və qurumun həmtəsisçisi olan doktor Gülay Məmmədovanın şəxsi fəaliyyətləri, eyni zamanda tədbirin təşkilinə verilən dəstək sayəsində konfransın uğurlu və faydalı alınmasına nail olublar. AEC İdarə Heyətinin üzvləri Vəfa Nəsifova, Nübar Rəsulova, Nərimanə İmanova Yağcı da konfransın təşkilində fəal iştirak ediblər.
Qeyd edək ki, AEC endokrinologiya və əlaqəli sahələrdə fəaliyyət göstərən həkimləri, elmi və ictimai qurumları bir araya gətirərək əlaqələri inkişaf etdirmək, Azərbaycanda bu sahənin inkişafına töhfə vermək məqsədi daşıyan, gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-hökumət təşkilatıdır.
Yerli və əcnəbi həkim-mütəxəssislərin, alimlərin geniş tərkibdə iştirak etdikləri 1-ci Milli Endorkinologiya konfransın məqsədi bu sahədə elmi-praktik müzakirələr aparılması, innovativ tibbi təcrübələri bölüşmək və endokrinologiya sahəsində maraqlı klinik hadisələri araşdırmaq, perspektiv üçün müəyyən təklif və təşəbbüslərə konkret yanaşmalar ortaya qoymaq olub.
Konfransın açılış günü – mayın 24-də professor İlhan Satmanın “Diabet müalicəsində qeyri insulin dərmanlar. Yeni nəsil dərmanlar köhnələri unutdururmu?” adlı məruzəsi dinlənilib. Sonra Xəyyam Eyvazov və Ahmet Sadi Gündoğdunun moderatorluğu ilə Pınar Kadıoğlunun “Xəstə nümunələri ilə Akromeqaliya və Kuşinq; diaqnoz və müalicəsi”, Nübar Rəsulovanın “Prolaktinomaya yanaşma”, Nurdan Gülün “Hipofiz cərrahiyyəsi sonrası endokrinoloji dəyərləndirmə” mövzulu məruzələri ətrafında müzakirələr aparılıb.
Sonrakı gün Mehtap Çakır və Fəridə Yaqubovanın moderatorluğu ilə Səbinə Paşayeva, Zülfü Cabbarovun, Mustafa Sait Gönen, Anar Əliyev və Araz Əliyevin moderator olduqları paneldə M.Çakır, Camal Musayev və Azər Hümmətovun məruzələri ətrafında müzakirə gedib. Adnan Batman və Könül İsmayılovanın moderatorluğu ilə Zeynep Cantürkün məruzəsi əsasında müvafiq mövzu müzakirə edilib.
N.Gül və Səriyyə Ağayevanın moderatorluq etdikləri paneldə Vəfa Nəsifova, A.Batman, Nərimanə İmanova-Yağcı və Ayşən Xəlilovanın məruzələri dinlənilib.
A.Xəlilova, Cavanşir Vahabov və Taryel Ömərovun məruzə etdikləri panelin moderatorları Hidayət Məmmədzadə və Gülnarə İsgəndərli olub.
Mayın 27-də A.S.Gündoğdu və Lalə Səlimxanovanın moderatorluğu ilə gerçəkləşən paneldə Bülent Okan Yıldız, Yazgül Abdiyeva, P.Kadıoğlu, M.S.Gönen, V.Nəsifova, Yeganə Soltanova, İ.Satman məruzə ediblər. Növbəti panelin moderatorları Barat Yusubov və Ülvi Mirzoyev olub, Fuad Səmədovun mərzusəi ətrafında müzakirə aparılıb.
Sonuncu paneldə isə X.Eyvazov, B.Yusubov və Ü.Mirzoyevin moderatorluğu ilə Gülay Məmmədova, Cəbrayıl Cəbrayılov və Pərviz Cəfərovun məruzələri dinlənilərək fikir mübadiləsi aparılıb.
Yekun mərasimində Xəyyam Eyvazov AEC-in sədri kimi uğurlu fəaliyyətinə və konfransın təşkilindəki xüsusi roluna görə “Sağlamlığın Qorunması” İB-nin rəhbəri Yazgül Abdıyevanın təqdim etdiyi təşəkkürnamə ilə təltif olunub. Sonda konfrans iştirakçılarına müvafiq sertifikatlar təqdim edilib.