İranda prezident İbrahim Rəisinin helikopter qəzasında həlak olmasından sonra, iyunun 28-də keçirilməsinə qərar verilən prezident seçkiləri prosesinə start verilib.
525.az İran dövlət televiziyasına istinadən xəbər verir ki, daxili işlər naziri Əhməd Vahidi seçki prosesinin başlanmasına göstəriş verib.
Sərəncamda: “Ayətullah Dr. İbrahim Rəisinin və dəyərli dostlarının şəhadəti münasibətilə xalqımıza başsağlığı veririk. Konstitusiyanın 131-ci maddəsi və 38 və 39-cu maddələr çərçivəsində 14-cü prezidentlik dövrünün seçki prosesinin başlanmasına qərar verilir", - deyilib.
Müvafiq olaraq, ölkə üzrə qubernatorluqlara və rayon qubernatorluqlarına 3 gün ərzində öz bölgələrində seçki mərkəzləri yaratmaq və inzibati şuralar formalaşdırmaq tapşırılıb.
Malik Atilay