Azərbaycan vətəndaşı Ermənistan hərbçiləri tərəfindən girov götürülüb.
APA-nın məlumatına görə, Ermənistan Müdafiə Nazirliyi Qazax rayonunun Məzəmli kənd sakini, 41 yaşlı Telman Cavanşir oğlu Əliyevin dünən səhər 07.45 radələrində Tavuş vilayəti istiqamətində sərhədi keçdiyini bildirib. İnsidentlə bağlı beynəlxalq təşkilatlar məlumatlandırılıb, hadisənin detalları araşdırılıb.