Mübariz Nəcəfov adına 86 nömrəli orta məktəbin 3 “A” sinif şagirdləri Azərbaycan Yazıçılar Birliyinin (AYB) qonağı olublar.
525.az xəbər verir ki, məktəblilər AYB-nin katibi, tanınmış yazıçı-dramaturq, Əməkdar İncəsənət xadimi Elçin Hüseynbəyli ilə görüşüblər.
Görüşdə uşaqlığını, məktəb illərini xatırlayan yazıçı o illərə aid maraqlı xatirələrini bölüşüb.
Şagirdlər müəllifin qələmə aldığı "Dənizin nağılları" kitabı ilə tanış olublar. Yazıçının öz səsində hekayələrini dinləyən məktəblilər hekayələr barədə fikirlərini dilə gətiriblər, onların oxuyub-anlama bacarıqları test edilib.
Məktəbin ibtidai sinif müəllimi, 3 “A”nın sinif rəhbəri Gülsüm Nəsibova şagirdlərlə maraqlı görüşə görə E.Hüseynbəyliyə təşəkkür edib.