Bu ilin I rübündə Azərbaycanın xalis maliyyə aktivləri 463,9 milyon ABŞ dolları məbləğində azalıb.
525.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə və ya 58,5 % azdır.
Rüblük azalma xaricə yönəldilmiş birbaşa investisiyaların 11,9 milyon ABŞ dolları azalması (1 il bundan əvvəl artım olub), portfel investisiyalarının 4,4 milyon ABŞ dolları artması (1 il bundan əvvəl azalma olub), digər investisiyaların isə 456,4 milyon ABŞ dolları azalması (37 % az) hesabına təmin edilib.