|
|
|
|
Bu ilin i rübündə Azərbaycanın xalis maliyyə öhdəlikləri 2 milyard 58,4 milyon ABŞ dolları azalıb. Halbuki, ötən ilin eyno dövründə xalis maliyyə öhdəlikləri 184,3 milyon ABŞ dolları artmışdı.
525.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Rüblük azalma Azərbaycana cəlb olunmuş birbaşa investisiyaların 1 milyard 508,5 milyon ABŞ dolları artması (1 il əvvələ nisbətən 0,5 % çox), cəlb olunmuş investisiyaların repatriasiyasının 1 milyard 867,1 milyon ABŞ dolları azalması (11,4 % az), neft bonusunun 456,4 milyon ABŞ dolları artması (1,4 % çox), portfel investisiyalarının 898,8 milyon ABŞ dolları azalması (52,3 % çox), digər investisiyaların isə 1 milyard 257,4 milyon ABŞ dolları azalması (1 il bundan əvvəl artım olub) hesabına təmin edilib.