Bakı şəhərindən yola salınan növbəti köç karvanı Şuşa şəhərinə çatıb.
525.az Report-a istinadən xəbər verir ki, şəhərə çatan sakinlərin qarşılanma mərasimi keçirilib.
Qeyd edək ki, bu mərhələdə Şuşa şəhərinə 21 ailə – 85 nəfər köçürülüb.
Bununla da Şuşada 126 ailənin, yəni 491 nəfərin daimi məskunlaşması təmin edilib.