Rusiyada məhkəmə fevral ayında həbsxanada ölən rusiyalı dissident Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnayanın həbsinə qərar verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiyanın paytaxtı Moskvanın Basmannı Məhkəməsindən verilən yazılı açıqlamada Navalnaya qarşı açılan iddiaya baxıldığı açıqlanıb.
Məhkəmə istintaq çərçivəsində Navalnayanın ekstremist təşkilatlar üçün fəaliyyət göstərdiyini müəyyən edərək Navalnaya barəsində qiyabi həbs qərarı çıxarıb.
Malik Atilay