
Ötən gecə Somalinin paytaxtı Moqadişoda terror hadisəsi baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, şəhərin kafelərindən birinin yanında avtomobil partladılıb. Nəticədə 10-dan çox insan həlak olub, tikilinin bir hissəsi uçub.
Yerli hakimiyyət orqanlarının verdiyi məlumata görə, terror kamikadze tərəfindən törədilib. Hadisə zamanı kafedə xeyli müştəri olub. Onlar Avro-2024-ün finalını, İspaniya – İngiltərə matçını izləyirmişlər.
Qeyd edək ki, bu, Moqadişoda baş verən ilk terror hadisəsi deyil. Son 15 ildə Somalinin paytaxtında 6 terror aktı baş verib. Onlardan ən dəhşətlisi 2017-ci ilin oktyabrında “Safari” otelinin partladılmasıdır. Həmin vaxt 587 insan həyatını itirmiş, yüzlərlə insan müxtəlif dərəcəli xəsarət almışdı.
L.Tağıyeva



