|
|
|
|

Rusiyanın Novorossiysk şəhərinin ətrafında başlayan meşə yanğınının genişlənməsinin qarşısı alınsa da, tam söndürmək hələ mümkün olmayıb.
525.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu gün səhərə olan məlumata görə yanğın 62 hektar ərazini əhatə edib.
Yanğının söndürülməsinə İl-76 təyyarəsi, 3 vertolyot, 84 müxtəlif texnika və qüzlərlə canlı qüvvə cəlb olunub.
Qeyd edək ki, yanğın şəhər ətrafında yerləşən 3 istirahət mərkəzinin ərazisinə keçib. Oradan və təhlükəli zonaya yaxın olan daha bir neçə istirahət mərkəzinin 500-dən çox sakini evakuasiya edilib.
L.Tağıyeva



