
Ukraynanın əhalisinin 2100-ci ildə 3 dəfə azalacağı proqnozlaşdırılır.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu xəbər BMT-nin “Dünya əhalisinin perspektivi 2024” adlı hesabatında yer alıb. Bundan bir qədər əvvəl Ukrayna Milli Elmlər Akademiyasının üzvü Ella Libanova da 2033-cü ildə Ukrayna əhalisinin sayının 35 milyona qədər azalacağını bildirmişdi. Bunun isə əsas səbəbi müharibədir.
2020-ci ildə Rusiya – Ukrayna müharibəsi başlayana kimi ölkə əhalisinin sayı 44 milyon civarında olub.
Qeyd edək ki, BMT-nin hesabatında əks olunan daha bir maraqlı məqam: 2084-cü ildə dünyada maksimum 10,3 milyard insan yaşayacaq, daha sonra isə say getdikcə azalacaq.
L.Tağıyeva



