|
|
|
|
HƏMAS-ın lideri Yəhya Sinvar atəşkəsi qəbul etmək və İsraillə sülh bağlamaq üçün hərbi komandirlərinin artan təzyiqi altındadır.
525.az CNN-nə istinadən xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Bill Börns qapalı konfransda bildirib.
O deyib ki, Sinvar ölə biləcəyindən narahat deyil, lakin Qəzza zolağındakı dəhşətli iztirablarda günahlandırıldığı üçün təzyiqlərlə üzləşib.
ABŞ kəşfiyyat rəsmiləri HƏMAS liderinin Qəzzada doğma şəhəri Xan Yunisdə tunellərdə gizləndiyini və razılaşma ilə bağlı əsas qərar verən şəxs olduğunu güman edirlər.
Nəşrin məlumatına görə, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru bildirib ki, həm İsrail hökuməti, həm də HƏMAS müharibənin başlamasından doqquz aydan çox vaxt keçdikdən sonra bu məqamdan yararlanmalı və atəşkəs əldə etməlidir.
"Lakin son iki həftə ərzində Sinvarın üzləşdiyi daxili təzyiq, o cümlədən döyüşdən yorulan öz yüksək səviyyəli komandirlərinin zəngləri də artıb"”, - mənbə bildirib.
Pərvanə Sultanova