Fransa Prezidenti Emmanuel Makron baş nazir Qarbiyel Attalın istefasını qəbul edib.
525.az "Report"-a istinadən xəbər verir ki, bu barədə Yelisey Sarayından bildirilib.
Qeyd olunub ki, dövlət başçısı hazırki hökumətə yeni kabinet formalaşana qədər cari məsələlərin həllini tapşırıb.