Omanın paytaxtı Maskatda məscid yaxınlığında baş verən silahlı hücumda 4 nəfər həyatını itirib, ölkə polisi əl-Vadi əl-Kəbir bölgəsində bir neçə nəfərin yaralandığını açıqlayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, səlahiyyətlilər hadisə yerinə müdaxilə etdiklərini və araşdırmalara başlanıldığını bildiriblər. Polis hadisə ilə bağlı əlavə məlumat verməyib.
"Vəziyyətlə mübarizə üçün bütün təhlükəsizlik tədbirləri görülüb və istintaq çərçivəsində sübutların toplanması tamamlanır", - polisin açıqlamasında deyilib.
Malik Atilay