Keniyada zibillikdə qadın cəsədləri tapıldıqdan sonra saxlanılan qatil həyat yoldaşı da daxil olmaqla 42 qadını öldürdüyünü etiraf edib.
525.az xarici mediaya istinadən xəbər verir ki, Keniyanın paytaxtı Nayrobidə zibillik kimi istifadə edilən köhnə karxanada parçalanmış qadın cəsədləri tapıldıqdan sonra bir nəfər saxlanılıb.
Polisin verdiyi açıqlamada, nəzarətə alınan 33 yaşlı Collins Jumaisi ifadəsində həyat yoldaşı da daxil olmaqla 42 qadını öldürdüyünü etiraf etdiyi bildirilib.
İndiyədək 9 cəsədin tapıldığı açıqlansa da, İstintaq Şöbəsinin rəisi Amin Məhəmməd, karxananın yaxınlığındakı Mukuru rayonunda yaşayan serial qatilin qadınları aldadaraq tələyə saldığını və öldürdükdən sonra qalıqlarını da karxanaya atdığını bildirib.
Malik Atilay