Boliviya Prezidenti Luis Arse ölkəsində 48 milyard kub metr həcmində iri təbii qaz yatağının aşkarlanması barədə xəbər verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, qaz yatağının tapılması ilə bağlı kəşfiyyat işlərinə hələ 2022-ci ildə start verilmişdi.
Yeni qaz yatağı paytaxt La-Pasın şimalında yerləşir. Boliviya Prezidentinin sözlərinə görə, bu qaz yatağı həcminə görə ölkədə üçüncüdür.
Qeyd edək ki, neft, qaz, qızıl, gümüş və s. təbii sərvətlərlə zəngin olan Boliviya təbii qaz ehtiyatlarına görə Cənubi Amerikada Braziliyadan sonra ikinci, dünyada isə 35-ci yerdədir.
L.Tağıyeva