|
|
|
|
Hadisə dünən paytaxt Banqkokun 5 ulduzlu dəbdəbəli otellərindən birində - "Grand Hyatt Erawan Bangkok"da baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, həyatını itirən turistlər vyetnamlı və Vyetnam əsilli ABŞ vətəndaşlarıdır. Tailand polis onların zəhərlənərək öldükləri barədə açıqlama yayıb.
Buna kimi yerli mətbuat onların güllələndikləri barədə xəbərlər yaymışdı.
Qeyd edək ki, Tailand turistlərin ən çox maraq göstərdikləri ekzotik ölkələrdən biridir. İl ərzində dünyanın bütün yerlərindən bura 40 milyona yaxın turist gəlir.
L.Tağıyeva