İran Xəzər dənizinin özünə aid hissəsində Rusiya ilə birgə təlim keçir.
525.az “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın hərbi dəniz qüvvələrinin nümayəndəsi Abbas Həsəni bildirib. Onun sözlərinə görə, bazar ertəsi start götürən təlim 4 gün davam edəcək.
Təlimlərdə İranın hərbi dəniz qüvvələrinin hava-desant bölməsi, hərbi gəmilər və helikopterlər, Rusiya tərəfindən isə “SB-45” hərbi gəmisi iştirak edir.
IRNA agentliyinin yazdığına görə, təlimin keçirilməsində məqsəd dənizdəki mümkün insidentlərə hazır olmaqdır.
İbrahim Cəfərov