|
|
|
|

İranda həddindən artıq istilər səbəbindən sabah ölkə üzrə bütün dövlət müəssisələrinin bağlanmasına qərar verilib.
525.az xarici mediaya istinadən xəbər verir ki, sabah İranda həddindən artıq istilər səbəbindən bütün dövlət müəssisələri bağlanır.
İran Hökuməti İnformasiya Şurasının yazılı açıqlamasında, qərarın ölkə daxilində davam edən həddindən artıq istilər səbəbilə xalqın sağlamlığını qorumaq və enerji istehlakını idarə etmək üçün alındığı bildirilib.
Qeyd edək ki, qərara əsasən, sabah ölkə daxilində yardım xidmətləri istisna olmaqla, bütün dövlət qurumları və banklar bağlanacaq.
Malik Atilay



