|
|
|
|

Rusiya Dumasının yaz sessiyasının sonuna kimi Rusiya vətəndaşlığını qəbul edənlərlə bağlı qanun layihəsində dəyişikliklər edilməsi nəzərdə tutulur.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, dəyişikliklərə əsasən Rusiya vətəndaşlığını qəbul edənlər hərbi qeydiyyata alınmaqla yanaşı 2 il hərbi xidmət keçəcəklər.
Bundan başqa, çağırışçıların yaş həddinin artırılması da nəzərdə tutulur.
Qeyd edək ki, Dumanın yaz sessiyası avqustun 4-də başa çatacaq.
L.Tağıyeva



