|
|
|
|

Rusiyanın Volqoqrad vilayətində sərnişin qatarı relsdən çıxıb.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Kazan-Adler xətti üzrə hərəkət edən qatarın qəzaya uğramasına KamAZ markalı avtomobil səbəb olub.
Nəticədə qatarın 9 vaqonu relsdən çıxıb, 140 sərnişin müxtəlif dərəcəli bədən xəsarəti alıb. Onlardan 55-i xəstəxanaya yerləşdirilib. Qəza anında qatarın sürəti 65 km/saat imiş. Avtomobil qatar yoluna çıxdığı an maşinist əyləc sistemini işə salsa da, toqquşma qaçılmaz olub.
Qeyd edək ki, qəza qatar yolunda hərəkətin uzun müddət dayanmasına səbəb olub və hadisə ilə bağlı Rusiya qanunvericiliyinin müvafiq maddəsi ilə cinayət işi açılıb.
L.Tağıyeva



