|
|
|
|

HƏMAS liderləri İsmayıl Haniyənin bu səhər İranın paytaxtı Tehranda törədilən hücumda öldüyünü təsdiqləyib və hücumun İsrail tərəfindən həyata keçirildiyini açıqlayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, İran dövlət televiziyasının İnqilab Keşikçiləri Ordusunun bəyanatına əsaslanaraq verdiyi xəbərə görə, HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyə Tehrandakı iqamətgahına edilən terror aktı nəticəsində həyatını itirib.
Hücum zamanı Haniyənin mühafizəçilərindən birinin də öldüyü bildirilib.
İran mətbuatında hadisə ilə bağlı təfərrüatların daha sonra açıqlanacağı qeyd edilib.
Malik Atilay



