|
|
|
|

Bu ilin birinci yarısında Rusiyanın Türkiyədən idxal etdiyi məhsulların ümumi həcmi ötən ilin ilk 6 ayı ilə müqayisədə 28,3 faiz azalıb.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, sözügedən dövr üçün idxal olunan məhsulların ümumi dəyəri 4,16 milyard ABŞ dolları təşkil edib.
Müqayisə üçün bildirək ki, 2023-cü ilin yanvar-iyun aylarında bu rəqəm 5,8 milyard dollar təşkil edib.
Azalmanın başlıca səbəbi Qərb ölkələri tərəfindən bir çox bank hesablarına qoyulan sanksiyalardır. Vəziyyətdən çıxış yolu kimi tərəflərin alış-verişi milli valyuta ilə aparmaları göstərilir. Amma bu barədə daha əvvəl razılıq əldə olunsa da, əməli işə keçilməyib.
Qeyd edək ki, idxalın həcminin azalmasına baxmayaraq, Türkiyə Rusiyaya ən çox məhsul idxal edən ölkələrdən biri olaraq qalır.
L.Tağıyeva



