Kremlin sözçüsü Dmitri Peskov F-16 döyüş təyyarələrinin Ukraynaya mümkün təhvilinin cəbhədəki inkişafın dinamikasına ciddi təsir etməyəcəyini bildirib.
525.az xarici mediaya istinadən xəbər verir ki, Peskov F-16 döyüş təyyarələrinin Qərb ölkələrindən Ukraynaya gətirildiyi iddiaları ilə bağlı jurnalistlərə cavablar verib.
Çatdırılma ilə bağlı açıqlama verilməsə də bəzi mesajların olduğunu xatırladan Peskov, F-16 döyüş təyyarələrinin Ukraynaya mümkün təhvilinin Ukrayna ordusu üçün həll yolu olmayacağını müdafiə edib.
Peskov: “Burada “sehrli həb” yoxdur, hər hansı bir dərdə çarə yoxdur. Bu, Kiyev rejiminin silahlı qüvvələri üçün xilas olmayacaq, onlar bundan xəbərdar olmalıdırlar”, - deyib.
F-16-ların Ukraynada peyda olduğu zaman Rusiyanın hədəfi olacağına işarə edən Peskov: “Bu təyyarələr peyda olacaq, sayları getdikcə azalacaq, vurulacaq", -deyə vurğulayıb.
Peskov Ukraynada F-16-ların məhv edilməsinə görə rus hərbçilərinə mükafat vəd edildiyini də xatırladıb.
Qeyd edək ki,i bəzi Qərb qəzetləri F-16 döyüş təyyarələrinin ilk partiyasının Ukraynaya çatdırıldığını yazıb. Ukrayna rəsmiləri bu məsələ ilə bağlı şərh verməyəcəklərini açıqlayıblar.
Malik Atilay