|
|
|
|
Antalyadan Sankt-Peterburqa uçan Rusiyaya məxsus təyyarənin havaya qalxdıqdan 4 dəqiqə sonra mühərriklərindən biri sıradan çıxıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, təyyarə 2,6 min metr hündürlükdə olarkən baş verib. Dispetçerlə əlaqə saxlayan pilotlar hava gəmisini Antalya hava limanına qaytarmağa məcbur olublar.
Göyərtədə olan 145 sərnişin və ekipaj üzvlərindən heç kim xəsarət almayıb. Təyyarə istismardan çıxarılıb və sərnişinlər Antalya-Moskva reysi ilə uçan digər təyyarə ilə Rusiya paytaxtına, oradan isə Piterə yola salınıblar.
Qeyd edək ki, ötən həftə Belarusun "Belavia" şirkətinə məxsus təyyarənin də mühərriki havada olarkən sıradan çıxmışdı. Pilotlar "yarımcan" təyyarəni Həştərxan hava limanına sağ-salamat endirə bilmişdilər.
L.Tağıyeva