|
|
|
|
Rusiya Mərkəzi Bankının 2 əməkdaşı oğurluğa görə həbs edilib.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bankın baş idarələrindən birinin əməkdaşları - 36 yaşlı Andrey Tişenski və 49 yaşlı Sergey Protsko bankdan böyük məbləğdə pul ələ keçiriblər.
Pulların əksəriyyəti 5 min rublluq əskinaslar olub. Axtarış zamanı saxlanılanlardan 100 milyon rubl götürülüb.
Oğurlanan pullar köhnəldikləri üçün tədüvüldən çıxarılmalı və məhv edilməli imiş. Hər iki şəxs barədə cinayət işi açılıb. Araşdırmalar davam edir.
Qeyd edək ki, 100 milyon rubl bu günkü məzənnə ilə 2 milyon manata yaxındır.
L.Tağıyeva